Zob xəstəlikləri, onların diaqnostikası və müasir müalicə tədbirlərinin icrası

Zob həkimi Dr. Fuad Əliyev

Zob həkimi

Dr. Fuad Əliyev

Bakı Tiroid Mərkəzi Azərbaycanda qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkən pasiyentlərə yardımçı olmaq məqsədilə ərsəyə gətirilmiş bir qurumdur. Mərkəzinin təsisçisi olan Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq, daha dəqiq 2010-cu ildən etibarən Qalxanabənzər Vəzin düyünlü formalarının (düyünlü zob) incə iynə aspirasion biopsiyasını (İİAB) rutin bir müayinə kimi başlatmış və yaymışdır. Hal-hazırda ölkəmizdə 10.000-dən çox biopsiya edən yeganə həkimdir. Həmçinin Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq zəhərli zobların cərrahi əməliyyat olunmadan radioaktiv yod-131 izotopu ilə tam və birdəfəlik müalicəsini tətbiq etmiş və alınan nəticələr müvəffəqiyyətlə yekunlaşmışdır.

Ətraflı məlumat
Zobun elametleri | Zobun əlamətləri hansılardır

Zob xəstəliyinin əlamətləri

Bu əlamətlər sizdə varmı?

Zobun təkdüyünlü, çoxdüyünlü, zəhərli və ya əksinə zəhərsiz formaları mövcuddur. Hər bir formada da qalxanabənzər vəzin çalışma intensivliyinə müvafiq olaraq pasiyentlərdə müxtəlif simptomlar görünməkdədir. Ümumiləşdirsək aşağıda qeyd olunan şikayətlər zobun əlaməti ola bilər:

  • Əsəbilik
  • Normal qidalanmaya baxmayaraq arıqlama
  • Əllərdə titrəmə
  • Gözlərin önə doğru gəlməsi
  • Tərləmə
  • Yuxu pozulmaları
  • Qadınlarda menstrual tsikldə dəyişikliklər və s.

Son paylaşımlar

Zob xəstəliyi haqqında

Ağrılı zob (subakut tiroidit) nədir?

Ağrılı tiroidit nədir? Yarım kəskin (subakut) tiroidit, De Quervain tiroiditi və ya digər bir deyişlə granulomatoz, nəhəng hüceyrəli…

Düyünlü ur xəstəliyi (düyünlü zob) nədir?

Ətraf qalxanabənzər vəzi parenximasından fərqli olan və radioloji olaraq ayırd edilə bilən,  zədələnmə sahəsinə tiroid düyünü (düyünlü zob)…

Haşimoto zobu (Autoimmun tiroidit) nədir?

Haşimoto xəstəliyi autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyi…