Ən çox verilən suallar

Hər zob xəstəliyində cərrahi əməliyyat göstərişdirmi?

Bütün tiroid düyünlərinin sadəcə 5%-i xərçəng növündəndir. Bu səbəbdən hər zob xəstəliyi zamanı cərrahi müdaxilə tətbiq olunmamaqdadır. Cərrahi əməliyyatın gərəkli olduğu hallar isə bunlardır:

  • İynə bioposiyasında xərçəng və ya xərçəngə şübhə olarsa;
  • Xərçəng olduğu təsdiqlənməmiş düyünlərin ölçülərinin gedərək böyüməsi və onların tənginəfəslik, boğulma kimi şikayətlərlə özünü büruzə verməsi;
  • Düyünlərin həddindən artıq hormon ifraz edərək hipertiroid vəziyyəti (zəhərli zob) yaratması
Tiroid düyünləri ağrılı olurmu?

Bir çox tiroid düyünləri hər hansı bir əlamət göstərmirlər. Böyük ölçülü düyünlər adətən həkim tərəfindən fiziki müayinə zamanı müəyyənləşdirilir və ya pasiyent özü aynaya baxdığı zaman boğazında yumru şişkinlik sezə bilir. Düyünlərin böyük bir hissəsi isə müayinə zamanı əllə hiss olunmur ki, bu cür düyünlər də ultrasəs müayinəsi zamanı təsadüfən qeydə alınır. Düyünlərin ölçüsü yetəri qədər böyük olarsa, göstərdiyi təzyiqə bağlı olaraq udmada çətinliklər, boğazda qıcıqlanma və nəfəs darlığı kimi şikayətlər verə bilirlər. Çox nadir hallarda kistik düyünlərdə kist daxilində qanama baş verərsə, bu hal ani şişkinliyə və boynun ön hissəsində ağrıya səbəb ola bilir. Ümumiləşdirsək isə, tiroid düyünləri əsasən ağrıya səbəb olmurlar.

Hamiləlik zamanı hipotiroidin doğulacaq körpəyə təsirləri nələr ola bilər?
  • Düşük riski
  • Qeysəriyyəyə göstərişin artması
  • Doğum sonrası körpədə xəstəlik riski və buna bağlı artan ölüm halları
  • Uşaqda irəliləyən yaşda psixolojik və əqli problemlər
  • Doğum sonrası qanaxma
  • Preeklampsiya və hamiləlik hipertoniyası
  • Plasentanın doğumdan öncə yırtılması və s.
Zobun hansı formalarında İncə iynə bipospiyası tətbiq edilir?

Tiroid düyünlərinin dəyərləndirilməsində ultrasəs müayinəsi və bununla bərabər diaqnostikada qızıl standart sayılan İncə iynə biopsiyası önəmli rol oynamaqdadır. Hansı zoblar zamanı biopsiyanın icra edilməsinin vacibliyi həkim tərəfindən ultrasəs müayinəsinin nəticələrinə və xəstənin şikayətlərinə uyğun olaraq qərar verilir. Ultrasəs müayinəsi zamanı exogenliyin azalması, mikrokalsifikasiya, kənar toxumalara yayılma, boyun limfa düyünlərində şişkinlik, daxilində axın yüksəkliyi olan düyünlər bipospiya üçün göstəriş hesab olunur. Klinik olaraq isə boyunda sərt düyünü olan, sürətli böyüyən, səs batıqlığı olan, birinci dərəcəli qohumlarında tiroid xərçəngi olan pasiyentlər biposiya üçün mütləq göstəriş hesab olunurlar.

İynə incə biopsiyası zamanı prosedur qorxuludurmu?

İynə incə biopsiyası sözləri qulağa qorxuducu gəlsə də, istifadə olunan iynə çox kiçikdir və istənildiyi zaman yerli keyləşdirmə üsulu ilə birgə icra oluna bilməkdədir. Bu sadə prosedur müayinə otağında və ya ultrasəs aparatının nəzarəti altında icra oluna bilər. Hər hansısa bir xüsusi hazırlıq tələb etməz və pasiyentlər prosedur sonrası iş yerlərinə və ya evlərinə rahatca qayıda bilərlər.

Sualınızı həkimə göndərin

Sizi maraqlandıran sualları aşağıdakı formdan Zob həkimi Dr. Fuad Əliyevə ünvanlaya bilərsiniz. Suallarınıza cavab ən qısa zamanda qeyd etdiyiniz email ünvanına göndəriləcəkdir.