16 İyun 2020

Süni mayalanma və qalxanabənzər vəzi

Anada tiroid hormonlarının normal olması xüsusilə hamilələyin ilk üç ayında körpənin beyninin inkişafı üçün çox vacibdir. Dölün (gələcək körpənin) beyin inkişafı bu ilk üç ayda anadan göbək bağı ilə gələn tiroid hormonlarından asılıdır. Anada tirooid hormonlarının sekresiyası az olduqda, körpənin beyni yaxşı inkişaf etmir. 12-ci həftədən sonra körpə tiroid hormonlarını özü ifraz etməyə başladığı üçün ilk 3 ay böyük əhəmiyyət daşıyır.

Anada hamiləliyin əvvəlində qalxanabənzər vəzin çatışmazlığının olması (tireoid hormonlarının sekresiyasının az olması) körpənin zəka səviyyəsinin (İQ) aşağı olmasına səbəb olur. Aparılan elmi araşdırmalar nəticəsində tireoid hormonları az olan anadan doğulan uşaqlarda zəka səviyyəsinin 35%-dən az olduğu aşkar olunmuşdur. Bu uşaqların məktəbdə uğurları və dostları ilə münasibətləri də aşağı səviyyədədir. Bu səbəbdən hamilə olduğunu öyrənən bütün analar vaxt itirmədən tireoid hormonlarını müayinə etdirməlidir.

Hər 100 hamilə qadının 2 və ya 3-də diaqnoz qoyulmamış qalxanabənzər vəzi çatışmazlığı var. Bu, xüsusilə qanında anti-TPO səviyyəsi yüksək olan hamilə qadınlarda daha yüksək olub 15% nisbətində rast gəlinir. Bu səbəbdən hamilə qalmadan öncə qanınızda anti-TPO səviyyəsinin yüksək olması hamiləlikdə qalxanabənzər vəzin çatışmazlığının baş verməsi riskinin yüksək olması deməkdir.

Daha əvvəldən qalxanabənzər vəzin çatışmazlığı varsa, istifadə etdiyiniz Levotiroksin dərmanın dozasını hamilə qaldığını öyrəndiyiniz vaxt tənzimləmək üçün mütləq həkiminizə müraciət edərək müayinələrdən keçin.

Qalxanabənzər vəzin çatışmazlığı olan hamilə qadınlarda düşmə riskinin yüksəldiyini unutmayın!

Müəllif

Dr. Fuad Əliyev

Zob həkimi

Dr. Fuad Əliyevin qəbuluna yazılmaq üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.